Belarusun nüfuzlu “Неман” ədəbiyyat jurnalı Leyla Əliyevanın şeirlərini dərc edib
27 iyun, 2014 15:19
Belarusun ən çox oxunan və kütləvi tirajla nəşr olunan “Неман” ədəbiyyat jurnalında Leyla Əliyevanın şeirləri dərc edilib.
ERtv xəbər verir ki, həmin şeirlər Belarus oxucularının diqqətini cəlb etmiş və böyük marağa səbəb olub.
Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, “Неман” jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin “Şeyx Sənan” poemasına yer ayırıb.
Leyla Əliyevanın şeirləri isə bu nüfuzlu ədəbiyyat jurnalının müasir Azərbaycan poeziyasına ilk müraciətidir.