Xəbərlər

ATƏT PA-nın yaxın 1 il üçün nəzərdə tutulan büdcəsi qəbul edilib
28 iyun, 2014 15:18

ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iyunun 28-də Bakıda keçirilən iclasında qurumun büdcəsi ilə bağlı müzakirələr aparılıb.

ERtv xəbər verir, ATƏT PA üzvü Roberto Battelli büdcənin 1,1% artırılmasını təklif edib.

Onun sözlərinə görə, bunun 25 min avrosu seçki müşahidəsi, 9 min avrosu isə inzibati xərclər üçündür.

O, ayrılan büdcənin azlıq təşkil etdiyini qeyd edib.

ATƏT PA-nın prezidenti Ranko Krivokapiç büdcənin artırılmasına diqqət yetirəcəklərini söyləyib.

Parlamentarların bəziləri ölkələr arasında üzvlük haqqı məsələsində qeyri-bərabərlik olduğunu vurğulayıb. Fransa nümayəndə heyətinin üzvləri Fransa kimi bəzi ölkələrin 200 min avro, başqa ölkələrin isə hətta 1000 avro üzvlük haqq ödədiyini nəzərə çatdırıblar.

Üzvlük haqlarının hökumətlər tərəfindən müəyyənləşdiyini deyən R.Battelli ATƏT PA-ya bununla bağlı yalnız tövsiyələr verilə biləcəyini açıqlayıb:

“Ancaq mən bu məsələ ilə bağlı konsensus əldə olunacağına inanmıram”.

İclasda ATƏT PA-nın yaxın 1 il (2014 sentyabr-2015 sentyabr) üçün nəzərdə tutulan büdcəsi qəbul edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.