Xəbərlər

Qrant müqavilələrinin notarial təsdiqi ləğv oluna bilər
28 iyun, 2014 15:14

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Hüquq və Monitorinq” Komissiyası özünün genişləndirilmiş iclasında QHT-lər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri ilə qrantların qeydiyyatı sahəsində çətinliklərin aradan qaldırılmasına dair Təkliflər Paketini müzakirə edib.

ERtv xəbər verir ki, toplantıda Komissiya üzvləri ilə yanaşı QHT-lərə Dövlət Dəstəyi Şurasının, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın, Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Fransa  səfirliklərinin, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, USAİD, Kounterpart İnterneşnl Azərbaycan nümayəndəliyi,  Vord Vijn, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Fridrix Nauman Fondunun, Konard Adenauer Fondunun, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerli Bacarıqların Artırılması Layihəsinin, SEDA layihəsinin   nümayəndələri, aparıcı yerli QHT-lərin nümayəndələri iştirak ediblər.

“Hüquq və Monitorinq” Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib ki, toplantının keçirilməsində məqsəd QHT qanunverciliyinə sonuncu dəyişikliklərin, əsasən də qrantların qeydiyyatının yaratdığı narahatlıqların  həlli yollarını müzakirə etməkdir.

Ə.Nuriyev qeyd edib ki,  “Hüquq və Monitorinq” Komissiyası qanunvericiliyə son dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən müşahidələr aparıb, QHT-lərlə görüşlər keçirib.

Eyni zamanda, Komissiyaya bir sıra qeyri-hökumət təşkiatlarından da məlumatlar daxil olub.  

Bütün bu müşahidələr, görüşlər və məlumatlar əsasında  toplanmış informasiya təhlil edilərək yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlik  Təkliflər Paketi hazırlanıb.

Təkliflər Paketi qrant müqavilələrinin qeydiyyat qaydalarının təkmilləşdirilməsini, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın, Müqavilələrin notarial təsdiqi, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin qeydiyyatı ilə bağlı bildirişlərin verilməsi, inzibati cərimələrin azaldılması, “Dövlət rüsumu haqqında” qanununa  əlavə və dəyişikliklərlə bağlı xeyli məsələləri əhatə edir.

Ə. Nuriyev sənəddə qrant müqavilələrinin sürətlərinin notarial qaydada təsdiqinin ləğvi, qrant müqaviləsinin surətinin qrant alan təşkilatların özləri tərəfindən təsdiqlənməsi,  müqavilə xarici dildə olduqda onun məzmunu barədə zəruri məlumatların verilməsi ilə bağlı təklifləri xüsusi qeyd edib.

O bildirib ki, təkliflərdə qrant müqaviləsi barədə yanlış məlumat verməyə görə inzibati sanksiyanın müəyyən edilməsi də yer alıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.