"Çox şükr ki Elnurun vəziyyəti getdikcə yaxşılaşır".
ERtv xəbər verir ki, bu sözləri millət vəkiliQənirə Paşayeva deyib.
"Bir az əvvəl təkrar bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq yaraladığı Tovuzun ön cəbhə kəndlərindən olan Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyevin anası ilə danışdım. Çox şükr ki Elnurun vəziyyəti getdikcə yaxşılaşır. Bir az əvvəl yaralarının sarğıları dəyişdirilib və həkimlər yaxşı olacağını deyirlər. Dualarınızı əksik etməyin. Elnurdan, bütün ön cəbhə kəndlərinin sakinlərindən və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizdən. Hərbiçilərimizlə də danışdım.
Ordumuz atəşkəsi pozan düşmənə layiqli cavab verir amma təssüf ki, məhz mülkü insanları silahlarla hədəfə almaq kimi çirkli xislətdən Ermənistan əl çəkənə oxşamır. Ön cəbhəyə yaxın ərazilərdə yanğınlar törədirlər ki, mülkü vətəndaşlara, onların təsərrüfatəna zərər vursunlar. Təssüf ki, Beynəlxalq təşkilatların, özəlliklə münaqişənin tənzimlənməsində rol oynamalı olan ATƏT-in Minsk Qrupu həmsədrlərindən heç bir təzyiq olmadığını, sərt reaksiya olmadığını görən ermənilər mülkü vətəndaşlara qarşı vandalizm əməllərindən əl çəkmir və bu hadisə də bir daha bunu sübut edir. Beynəlxalq təşkilatlardan artıq bu istiqamətdə sərt münasibət ortaya qoymasını gözləyir sakinlər. İnanmasalar da beynəlxalq təşkilatlara artıq haqsızlığın deyil,ədalətin yanında olun deyə səslənirlər", deyə o bildirib.