Xəbərlər

Aktauda Logistik Mərkəz yaradılır
27 iyun, 2014 15:09

İyunun 28-də “Aktau İstehsal və Logistika Mərkəzi”nin təməli qoyulacaq, tikintisinə start veriləcək.

ERtv-nin İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə keçiriləcək tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, ötən il Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” şirkəti və Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonası” Səhmdar Cəmiyyəti arasında “Aktau İstehsal və Logistika Mərkəzi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Logistika Mərkəzinin inşası və idarə edilməsi “Azərsun Holdinq” tərəfindən həyata keçiriləcək.

Logistik Mərkəzin yaradılması hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının, ölkələrarası iqtisadi münasibətlərin daha da genişləndirilməsinə, ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Layihə Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artırılması baxımından da əhəmiyyətli olacaq.

Bundan başqa, Logistik Mərkəzin təməlinin qoyulacağı gün – iyunun 28-də Aktauda Azərbaycan və Qazaxıstan iş adamlarının iştirakı ilə biznes forumun təşkili nəzərdə tutulur. Biznes forumda rəsmilərlə yanaşı, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq iş adamı iştirak edəcək. Biznes forum iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Bildirək ki, Azərbaycanla Qazaxıstan arasında sənaye, ticarət, energetika, kənd təsərrüfatı, humanitar və mədəni sahələr üzrə əməkdaşlığın genişlənməsinə imkan yaradan möhkəm normativ hüquqi əsaslar var. İki ölkə arasında müxtəlif sahələrdə 100-dən çox, o cümlədən iqtisadi sahədə 25 sənəd imzalanıb.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ikitərəfli ticarət əlaqələri ildən-ilə genişlənir. 2013-cü ildə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 371 mln. ABŞ dollarına yaxın olub.

2011-2013-cü illər ərzində Azərbaycan tərəfindən Qazaxıstana yatırılan birbaşa investisiyaların həcmi 132,8 mln. ABŞ dolları təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.