Bu gün Elçibəyin 76 yaşı tamam olur
24 iyun, 2014 10:22
Bu gün Azərbaycanın ikinci prezidenti, Azərbaycan Xalq Cəbhəsinin (AXC) qurucularından biri və sədri mərhum Əbülfəz Elçibəyin doğum günüdür.
ERtv xəbər verir ki, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində dünyaya göz açan sabiq prezidentin bu gün 76 yaşı tamam olur.
1992-ci ilin yayında ölkə prezidenti seçilən Ə. Elçibəy cəmi 1 ildən-1993-cü ilin iyun ayında sabiq baş nazir Surət Hüseynov tərəfindən Gəncədə qaldırılmış hərbi qiyamdan sonra postunu tərk edərək, iyunun 17-dən 18-nə keçən gecə doğma kəndi Kələkiyə gedib və 1997-ci ildə Bakıya qayıdıb.
Ə.Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu Gülhanə xəstəxanasında ağır xəstəlikdən vəfat edib.