Xəbərlər

Naxçıvanda hərbi maşın qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
24 iyun, 2014 10:17

Azərbaycanda hərbçilər yol qəzasına düşüb.

ERtv-nin APA-ya istinadən məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus sanitar avtomobili “Hyundai” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən hərbi maşın aşıb.

Nəticədə hərbi maşında olan, hərbi hissənin tibb xidməti rəisi, gizir Vüqar Faiq oğlu Orucov aldığı xəsarətdən hospitalda dünyasını dəyişib. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən əsgər Rəşad Rüfətov isə yüngül xəsarətlə hospitala yerləşdirilib.

Qəza nəticəsində minik avtomobilində olan şəxslərdən bir nəfərinin yüngül xəsarət aldığı bildirilir.

İlkin ehtimala görə, qəza “Hyundai” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbdən baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyiblər.

Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.