Aeroport yolu təmirə bağlanır
24 iyun, 2014 10:16
Bu gün saat 11:00-dan etibarən, Heydər Əliyev prospektinin Hava limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
ERtv-nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, məhdudlaşma Hava Limanı yol qovşağından Suraxanı yol qovşağına qədər və Sabunçu yol qovşağından Böyükşor yol qovşağına qədər qismən, Suraxanı yol qovşağından Sabunçu yol qovşağına qədər tam olacaq.
Məhdudlaşma yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.