Xəbərlər

Neft Fondunun icraçı direktoru Rusiya bankının Müşahidə Şurasına üzv seçilib
24 iyun, 2014 10:14

Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan ERtv-yə verilən məlumata görə, Fondun icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.

Yığıncaqda bankın 2013-cü il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2013 əməliyyat ilinin sonuna mənfəətin bölüşdürülməsi, Müşahidə Şurasının 11 nəfərdən ibarət yeni tərkibinin təsdiqlənməsi, bankın növbəti əməliyyat ili üçün auditorunun seçilməsi, bank nizamnaməsinin yeni mətninin təsdiq olunması və digər əhəmiyyətli məsələlər müzakirə edilib.

İclasda Ş.Mövsümov Bank VTB ASC-nin yeni tərkibli Müşahidə Şurasının müstəqil üzvü seçilib.

Qeyd edək ki, 2013-cü ildə Neft Fondu Bank VTB ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.