Xəbərlər

Yol polisinin qanunsuz hərəkəti
23 iyun, 2014 10:38

Yol polisi qanunsuz evakuasiya zamanı yaxalandı.

ERtv avtosfer.az-a istinadən xəbər verir ki, son zamanlar yol polislərinin qanunsuz hərəkətləri barədə informasiyaların sayı artır.

Xüsusən də, avtomobillərin evakuasiyası zamanı ortaya çıxan biabırçı mənzərə hər kəsin narazılığını səbəb olur. Belə hadisələrdən biri də iyunun 16-da, paytaxtın Yasamal rayon, Ələskər Ələkbərov küçəsində, “Space” TV-nın yaxınlığında baş verib.

Yol kənarında dayanmış “VAZ-2104” markalı avtomobilin evakuasiya olunması ilə bağlı polis əməkdaşı göstəriş verib. Lakin maraqlısı budur ki, maşının saxlandığı ərazidə park etməklə bağlı hər hansı qadağanedici yol nişanı yoxdur. Maşının evakuatora çıxarılması zamanı sahibinin oraya özünü çatdırması isə polis əməkdaşının geri addım atmasına səbəb olub.

Beləliklə, maşının saxlandığı yerdə qadağanedici nişanın olmamasını əsas gətirən sürücü maşınının evakuasiya olunmasının qarşısını alıb.

Qanunvericiliyə görə, evakuasiya zamanı avtomobil hətta evakuatora yüklənmiş vəhiyyətdə olsa belə, sürücü yaxınlaşırsa avtomobil yerə düşürülməlidir. Bundan sonra evakuasiyanı həyata keçirən polis əməkdaşı həmin sürücüyə dayanma-durma qaydalarını pozduğuna görə 20 manatlıq cərimə protokolu yazmalıdır. Amma bu görüntülərdən məlum olur ki, həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı yoxdur. Sürücü yaxınlaşdıqda isə polisin göstərişi ilə maşın evakuatordan düşürülür və onlar çıxıb gedirlər.

Sual yaranır ki, əgər evakuasiya qanuni idisə nə üçün maşını yerə düşürəndən sonra sürücüyə protokol yazılmadı?

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.