70 yaşında dənizə girdi, boğularaq öldü
23 iyun, 2014 10:38
Lənkəranda 70 yaşlı kişi dənizdə çimərkən boğulub.
ERtv APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayev məlumat verib.
Xəbərə görə, Lənkəran şəhər sakini, 1944-cü il təvəllüdlü Akif Yunus oğlu Tağıyev iyunun 22-də saat 18.30 radələrində dənizdə çimərkən boğulub.
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının axtarışları sayəsində A.Tağıyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti yerə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı