Ordumuzun hərbçisi minaya düşüb
23 iyun, 2014 10:37
Cəbhədə çavuş minaya düşüb.
ERtv APA-ya istinadən xəbər verir ki, cəbhənin Qazax istiqamətində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Hacıyev Orxan İlqar oğlu mina partlaması nəticəsində xəsarət alıb.
Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.
Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.