Xəbərlər

Bakıda Britaniya kraliçasının doğum günü münasibətilə rəsmi qəbul təşkil olunub
18 iyun, 2014 11:42

Bu gün Bakıda Böyük Britaniya kraliçası ll Elizabetin doğum günü münasibətilə rəsmi qəbul təşkil olunub.

ERtv xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpus rəhbərləri, millət vəkilləri, ictimai və siyasi xadimlər və digər qonaqlar iştirak ediblər.

İki ölkənin dövlər himnlərinin səsləndirilməsindən sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq qonaqları salamlayaraq  bildirib ki, iki ölkə arasında enerji, siyasi, biznes, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Böyük Britaniya Aaərbaycan iqtisadiyyatının ən böyük investorudur. Azərbaycanlı tələbələr Böyük  Britaniyada təhsil almağa böyük maraq göstərirlər. Səfir deyib ki, xarici işlər naziri Uilyam Heyqin ötən ilin dekabrında Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafının bariz nümunəsidir. Səfir bildirib ki, Azərbaycan və Böyük Britaniya   arasında əlaqələrin bundan sonra daha da inkişafına ümid edir.

Təhsil naziri Mikayıl Cabbarov  Azərbaycan Prezidenti adından Britaniya kraliçasının doğum günü münasibətilə təbrikini  çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələr bir çox sahələri əhatə edir.

Neft və qaz sektoru burada ən bariz nümunədir. Onun sözlərinə görə, Britaniya şirkətlərinin sərmayələri və   texnologiyaları ölkəmizin zəngin təbii ehtiyatlarının  istehsalında və dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı da daxil olmaqla çoxsaylı azərbaycanlı tələbə öz təhsilini Birləşmiş Krallıq da davam etdirirlər. Nazir əlavə edib ki, Azərbaycan və Britaniya universitetləri birbaşa əlaqələr yaradırlar və əməkdaşlıq layihələri həyata keçirirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.