Dünya çempionatı: Əlcəzair sensasiya edə, Braziliya isə qalib gələ bilmədi
18 iyun, 2014 11:41
Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının növbəti oyun günü arxada qaldı.
ERtv xəbər verir ki, gün iki sensasiya ilə başa çata bilərdi, lakin sonda azarkeşlər bunun şahidi olmadılar.
İlk sensasiya Əlcəzairdən gələ bilərdi. Belə ki, Belçika ilə görüşən əlcəzairlilər artıq oyunun 24-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsindən hesabı açdılar. Avropalılar yalnız 70-ci dəqiqədə hesaba tarazlıq gətirə bildilər. Fellaini gözəl baş zərbəsi ilə topu Əlcəzair yığmasının qapısından keçirdi. 10 dəqiqə sonra Mertens Belçikaya qələbə gətirən qolu vurdu.