Sürücülərin nəzərinə: bu yollar 10 gün bağlı olacaq
18 iyun, 2014 11:40
Bakının mərkəzi küçələrindən biri 10 günlük bağlanıb.
ERtv Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevinsözlərinə istinadən xəbər verir ki, ötən gün saat 23:00-da Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanıb.
P.Mürsəliyev deyib ki, həmin ərazidə kommunikasiya xətləri üçün qazılmış xəndəklər lazımi materiallarla doldurulduqdan sonra, kipləşdirmə işləri aparılacaq.
Həmçinin beton bordürlər mərmər bordürlərlə əvəz ediləcək, köhnə asfalt-beton örtüyü frez mexanizmi vasitəsilə qaşınaraq yenisi ilə əvəz olunacaq.
Qeyd edək ki, bütün işlər 7-10 gün müddətində yekunlaşacaq.