İraq ordusu Telafer kəndinin bəzi bölgələrində “Əl-Qaidə” terrorçuları ilə baş verən döyüşdə 56 silahlını zərərsizləşdirib.
ERtv xarici mətbuata istinadən xəbər verir ki, İraqın sabiq millət vəkili Abbas əs-Beyati Telaferin “İraq-Şam İslam Dövləti” (İŞİD) terrorçuları tərəfindən tamamilə ələ keçirilməsi iddialarının yalan olması barədə bəyanat verib.
Beyati bildirib ki, Telafer dünən axşamdan bəri hələ də müqavimət göstərir və tam olaraq İŞİD-in əlinə keçməyib. O həmçinin orduya aid qırıcıların havadan hücumları davam etdirdiyini qeyd edib.
Bu ərəfədə “Əl-Qaidə” terrorçularının Mosulda 29 xristianı vəhşicəsinə öldürərək 4 kilsəni yandırıblar.
Digər məlumatlara görə, İraq Silahlı Qüvvələri ölkənin qərbində Suriya ilə sərhəddə yerləşən Əl-Qaim qəsəbəsinin Ramana və Kerable bölgələrində yenidən nəzarəti ələ keçirib. Döyüşlərdə 7 İŞİD-çi öldürülüb, 17-si yaralanıb, 4 nəfər əsir götürülüb.
Eyni zamanda İraq təyyarələrinin Diyala vilayətinin Halis qəsəbəsini bombardıman edib, xeyli sayda İŞİD terrorçusu zərərsizləşdirilib.