Xəbərlər

Nazir Azad Rəhimovun Yunanıstana rəsmi səfəri başlayır
16 iyun, 2014 10:24

16 iyun 2014-cü il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasının açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, göstərilən tarix eyni zamanda  Parisin Sarbonna Universitetində baş tutmuş İlk Olimpiya Konqresinin 120 illiyi və 1961-ci ildə Qədim Olimpiyada təşkil olunmuş Beynəlxalq Olimpiya Akademiyasının Gənc İştirakçılar üçün ilk Sessiyasının açılışının ildönümü ilə də üst-üstə düşür.

ERtv Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya istinadən xəbər verir ki, tədbirdə Yunanıstan Respublikasının prezidentinin, Yunanıstan Olimpiya Komitəsinin prezidentinin, Yunanıstanın mədəniyyət və idman nazirinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Dr. Tomas Baxın da daxil olduğu Beynəlxalq Olimpiya Ailəsinin rəsmi şəxslərinin iştirakı nəzərdə tutulmuşdur.
 
Səfəri çərçivəsində nazir Azad Rəhimov Delfi və Qədim Olimpiyaya səfər edəcək, Saloniki şəhərinin meri və Makedoniya və Frakiya üzrə dövlət naziri, Şimali Makedoniya regionunun qubernatoru və Yunanıstanın Təhsil və Din İşlər üzrə naziri Andreas Loverdos ilə görüşlər keçirəcək.  A.Rəhimov 16-19 iyun 2014-cü il tarixdə Yunanıstanın Saloniki şəhərində keçiriləcək Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının 3-cü Üzvlər İclasına da qatılacaq. 

Tədbirin həyata keçirilməsində dəstək Saloniki Şəhər Meriyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunur. Həmçinin, YUNESKO-nun Yunanıstandakı milli komissiyası, yerli təşkilatlar və Yunanıstanın 2014-cü il Avropa İttifaqına Sədrliyi çərçivəsində görüşlərin keçirilməsi də nəzərdə tutulub. Üzvlər İclası zamanı təşkilata üzv təşkilatlar cari məsələləri müzakirə edəcək, 2015-ci ilin icra planı təsdiq olunacaq və İttifaqa gələcəkdə üzv olmaq istəyən yeni təşkilatlar öz təqdimatlarını edəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.