Ölkə iqtisadiyyatı 2,8 faiz artıb
17 iyun, 2014 10:23
Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən cari ilin ötən beş ayı ərzində 23.4 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilib.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz çoxdur.
Ümumi daxili məhsulun 61.2 faizi məhsul istehsalı sahələrində, 31.7 faizi xidmət sahələrində yaradılıb, 7.1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə ümumi daxili məhsul istehsalı 2499.8 manat (3187.4 ABŞ dolları) təşkil edib.
Əlavə dəyərin 55.4 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 8.3 faiz artıb, neft sektorunda isə 3.6 faiz azalıb.