Bakı növbəti Beynəlxalq teatr konfransına da ev sahibliyi edəcək
15 iyun, 2014 10:53
Noyabrın 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində III Bakı Beynəlxalq teatr konfransı keçiriləcək.
ERtv Bakı Beynəlxalq Teatr Konfransının rəsmi saytına istinadla xəbər verir ki, builki konfransın əsas mövzusu “Multikulturalizm və ümumbəşəri dəyərlər sistemində teatrın yeri” adlanır.
Konfransın əsas məqsədi dünyanın görkəmli teatr sənətçilərinin və ekspertlərinin müasir teatrın qarşısında duran ümumi problemləri və imkanları müzakirə etmələrinə tribuna yaratmaqdır.
Noyabrın 4-də və 7-də teatr sənətinin müxtəlif sahələri üzrə ustad dərslərin, seminarların və treninqlərin keçirilməsi planlaşdırılır.