Hollandlar hazırkı dünya çempionlarına futbol dərsi keçdilər
14 iyun, 2014 21:28
Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının ikinci gününün ən maraqla gözlənilən oyunu İspaniya-Hollandiya matçı idi.
ERtv xəbər verir ki, hazırki dünya çempionları olan ispanlar mundiala ağır məğlubiyyətlə başladılar.
Oyun İspaniya yığması üçün yaxşı başlasa da, sonradan hollandlar dünya çempionlarına futbol dərsi keçdilər. 27-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Xabi Alonso ispanları hesabda irəli çıxardı. Birinci hissənin sonunda Robin Van Persi gözəl baş zərbəsi ilə hesaba bərabərlik gətirdi.
İkinci hissə isə ispanlar üçün dəhşətli bir yuxuya bənzədi. Robbenin 2 qolu, Van Persi və Stefan de Frayın qolları ilə Hollandiya dünya çempionlarına 5:1 hesabı ilə qalib gəldilər.