Xəbərlər

Azərbaycan Avropa çempionatında yuniyorların komanda yarışında üçüncü olub
14 iyun, 2014 21:27

Azərbaycan şənbə günü Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorların komanda birinciliyində üçüncü yerə layiq görülüb.

ERtv APA-ya istinadən xəbər verir ki, Azərbaycan ümumilikdə 94.364 bal toplayıb.

Hesabında 96.815 bal olan Rusiya birinci yeri tutub. Belarus isə 94.715 balla ikinci yerdə qərarlaşıb.

Azərbaycan gimnastı Jalə Piriyeva 4 çıxışın yekunları üzrə 63.565 bal toplayıb. O, halqa ilə 16.100 bal, topla - 15.366 bal, gürzlərlə - 15.983 bal, lentlə kompozisiyaya görə isə 16.116 bal toplayıb.

Azərbaycanın digər gimnastı Züleyxa İsmayılova isə 4 çıxışın yekunları üzrə 61.073 bal toplayıb. Z. İsmayılova halqa ilə 15.083 bal, topla - 15.266 bal, gürzlərlə - 15.191 bal, lentlə kompozisiyaya görə isə 15.533 bal toplayıb.

Mükafatlandırma mərasimində milli yığmanın medallarını Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

İyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatıbaşlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirdikləri qrup komandalarının yarışında azərbaycanlı gimnastlar altıncı yeri turublar. Yekunda Azərbaycan yığması 34.050 bal toplayıb. Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 36.566 balla qiymətləndiriblər. İkinci yerdə 34.749 balla İtaliya, üçüncü yerdə isə 34.383 balla İsrail komandaları qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.