Xəbərlər

Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindədir
14 iyun, 2014 21:26

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, onlar hərbi hissələrdə döyüşçülərlə görüşür, cəbhə xatirələrindən danışır və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün öz səylərini əsirgəmirlər.

Bu günlər ərzində onlar Goranboy, Ağdam bölgələrində ön səngərlərdə Vətən torpaqlarının keşiyini çəkən əsgərlərlə görüşmüş, onlara xatirə hədiyyələri təqdim ediblər.

Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarından, Binəqədi və Ağdam rayon Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının sədrləri Məhəddin Rüstəmov, Rəfael Zeynalov, Ayxan Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev çıxış edib və Azərbaycan Ordusunun bugünkü qüdrətindən, gücündən qürur duyduqlarını bildirmiş və hər an Silahlı Qüvvələrin şəxsi heyətilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər.

İctimai Birliyi sədri Məhəmməd Vəliyev xidmətdə fərqlənən bir qrup zabitə xatirə medalları təqdim edib.

Elə həmin gün cəbhə bölgəsindəki hərbi hissələrdən birində, ön xətdə Müdafiə Nazirliyinin nəşr etdirdiyi "10 il Heydər Əliyevin adı ilə" kitab albomunun və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin "Vətən sənin əsgərinəm" kitabının təqdimat mərasimi keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.