Xəbərlər

Sabah Ukraynada matəm olacaq
14 iyun, 2014 21:25

Bazar günü Ukraynada antiterror əməliyyatında həlak olan hərbçi və əsgərlərin xatirəsinə matəm günü elan edilib.

ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, matəm qərarını prezident Petro Poroşenko verib. O, ölənlərin ailəsinə başsağlığı verib.

“Bazar gününü mən həlak olan hərbçilərimizin xatirəsinə matəm günü elan edirəm. Bu, təkcə həlak olanların ailələri üçün yox, bütün ölkə üçün böyük itkidir. Biz matəm içindəyik, lakin qətiyyətlə sülh uğrunda mübarizəni davam etdiririk", - deyə ölkə başçısı bildirib.

“Bu səviyyədə terror aktında əli olan hər bir adam mütləq cəzasına çatacaq. Ukraynaya sülh lazımdır. Lakin terroristlər bizdən adekvat cavab almalıdır”, - deyə Poroşenko qeyd edib.

Prezident milli təhlükəsizlik yığıncağının keçirilməsi və ölənlərin ailələrinə kömək göstərilməsi barədə Nazirlər Kabinetə tapşırıq verib.

Qeyd edək ki, bu gün saat 1:10 radələrində eniş etmək üçün hava limanına doğru uçan Ukrayna HHQ-yə məxsus İl-76 hərbi daşıma təyyarəsi zenit raket kompleksindən atəşə tutularaq partladılıb. Təyyarənin göyərtisində 9 ekipaj üzvündən savayı 40 nəfər hərbçi olub. Onların hamısı həlak olub. Prokurorluq “terakt” maddəsi ilə cinayət işinə başlayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.