Xəbərlər

Bakıda maşın dirəyə çırpılıb: 3 nəfər ağır yaralanıb
13 iyun, 2014 10:07

Bakıda yüksək sürət ağır yol qəzasına səbəb olub.

ERtv-nin APA-ya istinadən məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yusif Səfərov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində işıq dirəyinə çırpılıb.

Zərbə o qədər güclü olub ki, işıq dirəyi yerindən qoparaq, yola aşıb.

Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Yaralılar deformasiyaya uğramış avtomobildən çıxarılıblar və təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.

Xəstəxanadan verilən məlumata görə, hər üç yaralının vəziyyəti ağırdır. Onların şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından, ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.