“Neftçi”nin futbolçusu “Xəzər Lənkəran”a keçir.
ERtv apasport.az-a istinadən xəbər verir ki, türkiyəli çalışdırıcı Oğuz Çətin “Xəzər Lənkəran”a baş məşqçi təyin edildikdən sonra əsas hədəfinin yerli futbolçular olduğunu bildirmişdi.
Bundan sonra klubun ilk hədəfi “Neftçi”nin futbolçusu Rəşad Sadiqovu heyətə qatmaq idi.
Sadiqov özü “Xəzər Lənkəran”-a keçmək üçün razılıq versə də, əsas məsələ onun klubu ilə həll olunmalı idi. Bu günlərdə tərəflər arasında futbolçunun transferi qarşılığında ödəniləcək məbləğ razılaşdırılıb və paytaxt klubunun rəhbərliyi yarımmüdafiəçiyə getməyə icazə verib.
Yaxın günlərdə onun “ağ-yaşıllar”-la rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, R.Sadiqov 2012-ci ildən “Neftçi”də forma geyinir. O, 35 oyunda 6 qol vurub.