Xəbərlər

Budapeştdə Azərbaycan-Cənubi Koreya musiqi gecəsi keçirilib
11 iyun, 2014 09:14

Azərbaycanın Macarıstandakı səfirliyi və Budapeştdə fəaliyyət göstərən Cənubi Koreya Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə səfirliyin böyük zalında Azərbaycan-Cənubi Koreya musiqi gecəsi keçirilib.

ERtv-yə səfirlikdən verilən məlumata görə, gecədə Norveçin Grig Musiqi Akademiyasında təhsil alan gənc Azərbaycan musiqiçiləri Humay Qasımzadə və Jalə Əliyeva Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun, gənc bəstəçi Türkər Qasımzadənin, eləcə də tanınmış Cənubi Koreya bəstəkarı İsang Yunun əsərlərini ifa ediblər.

Qonaqları salamlayan səfir Vilayət Quliyev bu konserti əslində dörd ölkənin -Azərbaycan, Cənubi Koreya, Norveç və Macarıstanın iştirakı ilə baş tutan kiçik mədəniyyət bayramı kimi dəyərləndirib, dünyanın nüfuzlu musiqi mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin milli musiqinin təbliğinə və dünya klassikasının tanıdılmasına mühüm töhfə verdiklərini qeyd edib.

Koreyanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Gvan-Pyo Nam, Budapeştdə akkreditə olunan diplomatik korpusun digər nümayəndələri, sənət adamları, Azərbaycan diasporunun üzvləri, Cənubi Koreya Mədəniyyət Mərkəzinin əməkdaşları, Ferens List Musiqi Akademiyasının tələbələri iştirak ediblər.

Gənc Azərbaycan musiqiçilərinin yüksək ifaçılıq məharəti konsert iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə alqışlanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.