İrlandiya dünyanın ən çox İslama uyğun ölkəsidir
11 iyun, 2014 09:13
ABŞ-ın Corc Vaşinqton Universitetinin apardığı tədqiqatın nəticələrinə görə, qanun və dəyərləri müqəddəs Qurana daha çox yaxın olan ölkə İrlandiya hesab edilib.
ERtv “The İrish Times”ə istinadən xəbər verir ki, “həqiqi müsəlman” ölkələr reytinqində sonrakı yerləri Danimarka, İsveç və Böyük Britaniya bölüşüblər.
Tədqiqat sözügedən universitetin beynəlxalq biznes və siyasət üzrə professoru, İran əsilli Hüseyn Əsgəri tərəfindən həmkarı Şəhrezadə Rəhman birlikdə aparılıb.
Maraqlıdır ki, top-25-ə bir dənə də olsun müsəlman ölkəsi daxil olmayıb. Siyahıda 27-ci yeri İsrail tutub. “İslamçılığa” görə 33-cü yerdə Malayziya, 42-ci yerdə isə Küveyt qərarlaşıb. Səudiyyə Ərəbistanı reytinqin 91, Qətər isə 111-ci yerdə mövqe tutub.