Azərbaycanlı gənc pianoçu Atabala Manafzadə “Konçertante” Assosiasiyası, “Maestro Akademiya” Təşkilatı və Rusiyanın Gertsen adına Dövlət Pedaqoji Universiteti tərəfindən İsveçin Stokholm şəhərində keçirilmiş III Beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak edib.
ERtv-nin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqəyə ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çin, Estoniya, İsveç, İtaliya, Fransa, Koreya, Latviya, Misir, Norveç, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yaponiyadan 5 yaş qrupu üzrə 150 gənc pianoçu qatılıb.
ABŞ, İsveç, Finlandiya, Rusiya, Serbiya, Yaponiyadan görkəmli musiqiçi və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən Atabala Manafzadə 1-ci dərəcəli Diploma və müsabiqənin laureatı adına layiq görülüb.
Atabala Manafzadə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 10-cu sinif şagirdi, Prezident təqaüdçüsüdür.