Bill Klintonun ikinci prezidentlik müddəti başa çatdıqdan sonra onun ailəsi “büsbütün müflis” olub.
ERtv xəbər verir ki, bu sözləri ABC News-a müsahibəsində onun həyat yoldaşı, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyib.
Müsahibə iyunun 9-da onun “Çətin seçim” (Hard Choices) adlı xatirələrinin işıq üzü görməsi ilə əlaqədar efirə verilib. O özü və həyat yoldaşının dövlət xidmətindən getdikdən sonra nə üçün ödənişli leksiyalar oxuduqlarını və bununla milyonlar qazandıqlarını izah etmək üçün ailəsinin maddi vəziyyətini təsvir edib.
“Biz Ağ evi təkcə tamamilə pulsuz deyil, həm də borcla tərk etdik. Bizim heç ora gələndə də pulumuz yox idi, həm də ipoteka, daşınmaz əmlak və Çelsinin təhsili üçün pul yığmaq heç də asan deyildi. Bilirsiniz, bu çox çətin idi”, - deyə Hillari Klinton bildirib.
Hillarinin sözlərinə görə, əri prezidentlik dövründən sonra o qədər səylə işləməyə başlayıb ki, onu heyrətləndirib.