İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə ölkəmizdə 917 gənc sahibkara 62,8 milyon manat və 2014-cü ilin I rübü ərzində isə 226 gənc sahibkara 12,5 milyon manat güzəştli kredit verilib.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov məlumat verib. O, bildirib ki, bu kreditlər hesabına 2700-ə yaxın yeni iş yerinin yaradılması imkanı yaradılıb.
“Bu göstəricilər bir daha gənclərin ölkə iqtisadiyyatında və məşğulluğun təmin edilməsində fəal rol oynadıqlarını göstərir.”
O qeyd edib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları tərəfindən dövlət proqramının icrası istiqamətində tədbirlər həyata keçirilir.