Xəbərlər

Ziya Məmmədov: Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur
10 iyun, 2014 21:03

Nəqliyyat-yol kompleksində həyata keçirilən yeniliklər, görülən işlər çoxdur.

Respublikanın nəqliyyat siyasətini formalaşdıran bir qurum olaraq Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur.

ERtv-nin verdiyi xəbərə görə, bu fikirləri yap.org.az saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov deyib.

“Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur. İstənilən nəticəni əldə etməyin yeganə yolu problemlərin aradan qaldırılmasına nail olmaq və bütünlükdə Azərbaycanın yol-nəqliyyat kompleksini beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırmaqdır. Qarşımızda duran ən vacib məsələlərdən biri də sosial problemlərin həll edilməsinə nail olmaqla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin təkmilləşdirilməsi, islahatların aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir”.

Nazir bildirib ki, 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, Nəqliyyat Nazirliyində imzalanan əmrə əsasən “Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı” təsdiq edilib.

“Tədbirlər Planı avtomobil yolları, intellektual nəqliyyat sisteminin fəaliyyəti də daxil olmaqla avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı sahələrini əhatə edir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.