Xəbərlər

Ukraynada 3 azərbaycanlı mühüm dövlət vəzifələrinə seçilib
09 iyun, 2014 15:03

Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda Ukrayna Qafqaz Xalqları Konqresinə rəhbərlik edən Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və məşhur jurnalist Rəna Nəzərova Ukraynada milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında mühüm vəzifələrə seçiliblər.

ERtv xəbər verir ki, P. İlisuyskiy (Məmmədov) APA-ya açıqlamasında bildirib ki, Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb.

XİN-in Radası Ukrayna xarici siyasətinin müəyyən olunmasında məşvərətçi orqandır, eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını yerinə yetirir. P. İlisuyskiy (Məmmədov) XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. O, Azərbaycanın Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi, Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Xəyyam Məmmədovun oğludur.

Ukraynanın məşhur jurnalisti Rəna Nəzərova isə mayın 25-də keçirilən seçkilərdə Kiyev şəhər Radasına üzv seçilib. O, Kiyev meri seçilən Vitali Kliçkonun “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının siyahısından Kiyev Radasına üzv seçib və bu orqanda təmsil olunan yeganə azərbaycanlıdır.

Bundan başqa tanınmış hüquqşünas Aqiyə Axundova isə Ukrayna Nazirlər Kabinetinin qərarı ilə ölkənin Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini təyin edilib. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.