Xəbərlər

Rasim Musabəyov: “Mənasız yerə görüş keçirməyə Azərbaycan tərəfinin heç bir marağı yoxdur”
09 iyun, 2014 15:03

“ATƏT-in sədri, İsveçrə Prezidenti Didye Burkhalterin Azərbaycan və Ermənistanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlarda kəskin bir yenilikləır yox idi.

O sadəcə bildiridi ki, danışıqlar Minsk qrupu vasitəsilə Madrid prinsipləri əsasında bərpa olunmalıdır”.

Bu barədə ERtv-yə millət vəkili, politoloq Rasim Musabəyov ATƏT-in sədrinin regiona səfəri zamanı Qarabağ münaqişəsinə dair verdiyi bəyanatları şərh edərkən bildirib.

R.Musabəyov İsveçrənin imkanlarını şişirtmək istəmədiyini, amma balaca ölkə olmasına baxmayaraq Avropada sülh məsələlərində xeyli nüfuzunun olduğunu vurğulayıb:

“Həmin imkanlarından istifadə etsələr, erməniləri ağıla gətirməkdə hansısa cüzi təsirləri ola bilər. Amma hər halda bu məsələdə dönüş gözləmək hələ ki, mümükün deyil”.

Millət vəkili Fransa prezidenti Fransua Ollandın səfəri zamanı münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni təkliflər verməsinə və prezidentlərin Parisdə görüşünü təklif etməsinə də münasibət bildirib:

“Təkliflərin mahiyyəti açıqlanmır, halbuki Olland da bəyan etdi ki, məsələ Madrid prinsipləri əsasında həll edilməlidir. İndi ola bilsin ki, təkliflər o prinsplərin  hansısa bir ardıcıllıqla həyata keçirilməsi ilə bağlıdır. Hamı anlayır ki erməninin ipi Moskvanın əlindədir.

Preizdentlərin görüşü təklifinə gəlincə, hələlik nə Azərbaycan nə Ermənistan prezidentləri bununla bağlı öz müsbət fikirlərini səsləndirməyiblər. Ona görə yaxın zamanlarda bu görüşün baş tuta biləcəyini söyləməkdə çətinlik çəkirəm.

Baxaq  Rusiya xarici işlər naziri Sergey Lavrov nə ilə gələcək, ona da qulaq asmaq lazımdır. Yəni mənasız yerə nümayiş üçün görüş keçirməyə Azərbaycan tərəfinin heç bir marağı  yoxdur”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.