“Artıq 25 ildir ki, Azərbaycan mədəniyyətinin səviyyəsi, karifeyi həyatda yoxdur.
Dünyaya ikinci dəfə Rəşid Behbudov gəlməyəcək. Heç kim zəng vurub maraqlanmır”.
ERtv ANS-Press-ə istinadən xəbər verir ki, bunu dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə Behbudova deyib.
O, bildirib ki, bizim ailəyə kimsə nəsə etmək istəsəydi, bu günə qədər edərdi.
“Sözün düzünü desəm, bütün bunlardan bezmişəm. Rəşid Behbudovun adını daşıyan teatrdan belə bir hərəkət yoxdur. 25 ildir ki, səsimi çıxartmıram, bundan sonra susmayacam!”, - deyə Rəşidə xanım etirazını bildirdi.
R.Behbudova atasının anım gününü ailə olaraq bir araya toplanıb qeyd edəcəklərini dedi:
“Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir tədbir olacaq, ya yox, bu barədə mənə heç kim heç nə deməyib. Əgər siz özünüz teatr və nazirliklə maraqlansaydınız ki, nəyə görə, Rəşid bəyin ailəsi yada salınmır, çox gözəl olardı. Mən ancaq sizə güvənirəm, ümüd edirəm ki, siz səs salsanız, tədbir görən olacaq”.
Qeyd edək ki, sənəti ilə özünü və Azərbaycanı dünyaya tanıdan dəyərli karifey sənətkar Rəşid Behbudov artıq 25 ildir ki, bizimlə deyil. O, 9 iyun 1989-cu ildə 73 yaşında bizi tərk etsə də, əvəzedilməz ifalarını miras qoyub getdi.