Milyonçu pullarını belə payladı
09 iyun, 2014 14:56
San-Fransiskoda naməlum milyonçu Twitter vasitəsilə pul paylamaq qərarına gəlib.
Zəngin insan pulları gizlətdiyi yerlərin şəkillərini paylaşaraq sosial şəbəkədə qeyri-adi müsabiqə təşkil edib.
ERtv xəbər verir ki, o, 20, 50 və 100 dollarlıq əsginazları bütün şəhər üzrə gizlədib.
Bu yolla sinfi bərabərsizliklə mübarizə aparmaq qərarına gələn milyonçu müsabiqəni belə şərh edib:
“Mən qazandığım pulun yarısını paylamaq, lakin bunu şən və fərqli şəkildə etmək qərarına gəldim”.
İştirakçılar isə qızğın şəkildə müsabiqəni müzakirə edir və tapdıqları pullarla bağlı öz təəssüratlarını bölüşürlər.