Xəbərlər

Sənaye məhsullarının istehsalçı qiymətləri artıb
09 iyun, 2014 14:54

May ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz artıb.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,7 faiz bahalanıb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalıb.

Mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 2,7 faiz bahalaşıb, metal filizlərinin hasilatı üzrə 2,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb.

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 1,9 faiz, kağız və karton istehsalı üzrə 1,7 faiz, kimya sənayesi üzrə 0,5 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb, kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 11,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 4,0 faiz, metallurgiya sənayesi üzrə 1,3 faiz, içki istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,9 faiz, tikinti məmulatlarının istehsalı və mebel istehsalı üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.