Xəbərlər

Azərbaycan təmsilçisi Bolqarıstanda kartinq üzrə çempionatın finalına vəsiqə qazanıb
08 iyun, 2014 22:32

İyunun 7-də kartinq üzrə 2014-cü il Bolqarıstan çempionatının təsnifat mərhələsi keçirilib.

ERtv xəbər verir ki, Bolqarıstanın Köstəndil şəhərində təşkil olunan bu yarışda Azərbaycanı təmsil edən Gülhüseyn Abdullayev “DD2” kateqoriyasında bir dövrəni 46,771 saniyə, 80,434 km/s sürətlə başa vuraraq çempionatın final mərhələsinə keçib.

İyunun 8-də keçiriləcək finalda təmsilçimiz Gülhüseyn Abdullayev Bolqarıstandan olan Simeon Simeonov, Vasil Kolarov, İvaylo Donçevlə “DD2” kateqoriyasında yarışacaq.

Qeyd edək ki, 17 yaşlı Gülhüseyn Abdullayev kartinq üzrə Bolqarıstan çempionatının 2014-cü ilin may ayında Yunanıstanın Seres şəhərində keçirilmiş ilk mərhələsində 3-cü yeri tutub. Kartinq üzrə Azərbaycan və Türkiyə çempionu olan Gülhüseyn Abdullayev 2013-cü ilin noyabrında ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş “Rotax Max Challenge Grand Finals” dünya çempionatında iştirak edərək bu avto yarışda ilk dəfə Azərbaycanın bayrağını yüksəldib.

Xatırladaq ki, yeni istiqamətlər müəyyənləşdirən Azərbaycan Avtomobil Federasiyası, avtomobil idmanı üzrə idmançıların hazırlıqları və təlimlərinə, müxtəlif yarışlarda iştirakına dəstək verərək, həmçinin bu sahənin inkişaf etdirilməsi üzrə fəaliyyət göstərir.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.