Azərbaycanda ötən ay 1,6 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub
08 iyun, 2014 22:23
Cari ilin mayında ölkə enerji sistemində 1,6 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən ERtv-yə verilən xəbərə görə, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Cari ilin ötən 5 ayında isə 9,6 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.