Xəbərlər

SOCAR-ın idarə və müəssisələrində “Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü” qeyd edilib
06 iyun, 2014 15:26

Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin təşklatçılığı ilə Eko-parkda “Ümumdünya Ətraf Mühitin Mühafizəsi” nə həsr olunmuş tədbir keçirilib.

ERtv şirkətə istinadən xəbər verir ki, şirkətdə həyata keçirilən ekoloji tədbirlər haqqında məlumat verilib, “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi” liderlərinin çıxışları dinlənilib, uşaqların hazırladığı tamaşa və rəqslər iştirakçılara təqdim olunub.

Daha sonra tədbir “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin təşkil etdiyi “Məktəb bağları” adlı rəsm sərgisi ilə davam etdirilib. Sərgidə nümayiş olunan rəsmlərdə şagirdlərin ətraf mühitin mühafizəsinə baxış və münasibətləri əksini tapıb. Tədbir iştirakçıların Eko-park gəzintisi ilə başa çatıb.

“Azərikimya” İstehsalat Birliyinin akt zalında 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə “Azərikimya” İstehsalat Birliyinin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açaraq, qeyd edib ki, ARDNŞ və onun struktur bölmələrində bu gün hər il yüksək səviyyədə qeyd edilir, aksiyada ətraf mühitin qorunmasi, təbiətdən, yeralti və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, məktəblilər və tələbələrlə maarifləndirici görüşlərin, kütləvi iməciliklərin keçirilməsi, yeni yaşıllıq zolaqlarının salınması və s. tədbirlər gerçəkləşdirilir.

Birliyin Əməyin mühafizəsi və ekologiya şöbəsinin böyük mühəndisi İlham Məhərrəmov, “Etilen-Polietilen” zavodunun sahə rəisi Elşən Hüseynov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin baş mühəndisi Nizami Abbasov, Təmir Tikinti İdarəsinin Abadlaşdırma və ekologiya şöbəsinin mühəndisi Nərminə Ağayeva çıxış edərək, təmsil etdikləri müəssisələrdə həyata keçirilmiş ekoloji tədbirlər haqqında geniş məlumat veriblər. Tədbirin sonunda “Azərikimya” İB-nin ətraf mühitin qorunmasında fərqlənən bir qrup əməkdaşı rəhbərlik tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” 1972-ci ildə BMT-nin 5-16 iyun tarixlərində ətraf mühitlə bağlı keçirilən konfransında Yaponiya və Seneqalın təklifi ilə təsis olunub. “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.