Bakıda iki yük maşını yanıb
05 iyun, 2014 10:17
Bakıda Mənzil Kommunal Təsərrüfat Birliyinin qarajında yanğın olub.
ERtv Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda Mənzil Kommunal Təsərrüfat Birliyinin qarajında “Super Maz” markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış digər “Super Maz” markalı yük avtomobilinin 4 təkəri yanıb.
Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğın söndürələrək böyüməsinin qarşısı alınıb.
Hadisənin səbəbi bilinmir.