Xəbərlər

“Gəzən kitabxana” artıq 3 rayonda olub
05 iyun, 2014 10:15

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi ən irimiqyaslı layihələrdən biri olan “Gəzən kitabxana” Azərbaycanın Gədəbəy, Şəmkir və Şəki rayonlarında olub.

ERtv xəbər verir ki, “Gəzən kitabxana” bu günə qədər Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Cəlilabad, Gəncə və Mingəçevir rayonlarında olub.  

“Gəzən kitabxana” layihəsinin əsas məqsədi kitabları fərqli şəkildə, fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan, qiymətli kitabları daha asan yolla əldə edib yararlanma imkanı yaratmaq, əhalinin maariflənməsi işinə dəstək göstərməkdir.

Nəzərinizə çatdırırıq ki, “Gəzən kitabxana” layihəsi artıq 2-ci ildir ki, həyata keçirilir.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar təqdim edilir.

Qeyd edək ki, kitab fondu zənginləşdirilib, xüsusilə elektron kitab bazası yenilənmiş “Gəzən kitabxana”nın bu ilin sonuna qədər 15 rayona səfəri nəzərdə tutulur.

Kitabxana hal-hazırda İsmayıllı rayonundadır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.