Qırıcı təyyarə yaşayış evlərinin üzərinə düşdü
05 iyun, 2014 10:14
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Kaliforniyanın İmpirial şəhərində yaşayış evlərinin üstünə düşüb.
ERtv BBC-yə istinadən xəbər verir ki, yerli telekanalda yayımlanan kadrlarda görünür ki, təyyarənin düşməsindən sonra ən azı bir ev yanmağa başlayır.
Pilot uğurla katapulta edə bilib.
Hadisə yerində xilasetmə işləri gedir. Ölən və yaralananlar barədə məlumat verilmir.