Bəşər Əsəd Suriya prezidenti seçildi
05 iyun, 2014 10:13
Suriyanın hazırkı dövlət başçısı Bəşər Əsəd ölkədə keçirilən prezident seçkilərində yenidən qalib gəlib.
O seçicilərin 89 faizinin səsini toplayıb.
ERtv BBC-yə istinadən xəbər verir ki, Əsədin qalib gəlməsi barədə Suriya parlamentinin spikeri Muhamməd Cihad Ləham televiziya ilə müraciətində bildirib.
Suriya Konstitusiya Məhkəməsinin məlumatına görə, çərşənbə axşamı keçirilən seçkilərdə seçicilərin iştirakı 73 faiz təşkil edib. Səsvermədə 11 milyon suriyalı iştirak edib.
Qeyd edək ki, Suriyada prezidentlik müddəti 7 ildir. Əsəd artıq 3-cü dəfədir ki, ölkə prezidenti seçilir.