Türkiyənin Rabitə və Telekommunikasiya Departamenti YouTube internet xidmətinə qoyduğu qadağanı aradan qaldırıb.
ERtv “Reuters”ə istinadən xəbər verir ki, hazırda YouTube departamentin rəsmi portalında qadağan olunmuş resurslar siyahısında deyil.
Lakin provayderlərin sayta girişi bərpa etməsi üçün hələ bir müddət vaxt tələb olunur.
Mayın 29-da Türkiyənin Konstitusiya Məhkəməsi ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müqavimətinə baxmayaraq, YouTube-un əngəllənməsini qanunsuz hesab edib. Baş nazir Ərdoğan Türkiyə hakimiyyətinin Suriyaya qoşun yeritmək ehtimalının müzakirə olunduğu məxfi müşavirəsinin lent yazısının YouTube-a yerləşdirilməsindən qəzəblənmişdi. Məhkəmənin qərarına görə, YouTube-un əngəllənməsi söz azadlığı prinsipinə ziddir.