SOCAR prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin başlıca prioritetlərini açıqlayıb.
ERtv xəbər verir ki, Bakıda keçirilən 21-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında çıxışında R.Abdullayev deyib ki, prioritetlərdən biri dənizdə və qurudakı yataqları xüsusilə AÇG yataqlar blokunda hasilatın stabilliyinin mümkün qədər uzun müddət saxlanılması və artırılmasıdır.
“Bundan başqa Şahdəniz 2 layihəsi üzrə hasilatın intensivliyinin təmin olunması və qazın nəqli üçün qarşıda duran vəzifələrin operativ və yüksək keyfiyyətlə həyata keçirilməsi, istismarda olan digər qaz yataqlarının potensialından səmərəli istifadə etməkdə yeni kəşf olunmuş yataqlarda perspektiv strukturlarda axtarış kəşfiyyat işlərinin intensivləşdirilməsi, neft emalı və neft kimya sənayesi müəssisələrinin tələbata uyğun modernləşdirilməsi və yeni Neft-Qaz Emalı və Neft-kimya Kompleksi istismara buraxılana qədər ölkənin tələbatının qarşılanması, bundan başqa neft-qaz emalı və neft-kimya kompelsinin yatradılması ilə müasir neft emalı vəkimya istehsalı zəncirirn yaradılması, xaricdəki investisiya layihələrinin davam etdirilməsi və ölkə xaricində perpektivli hasilat və kəşfiyyat əməliyyatlarında fəal iştirak etməkdir”, - deyə, o qeyd edib.
R.Abdullayev bildirib ki, AÇG yataqlar blokunun birgə işlənilməsi Azərbaycanın xarici tərəfdaşlarla uğurlu əməkdaşlığının təməlini qoymuş bir layihədir.
Onun sözlərinə görə, ötən 20 ildə bu layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü sazişinə heç bir düzəliş olunmayıb. Bu fakt isə bizim tərəfdaşlarımızla uğurlu birgə fəaliyyətimizin öhdəliklərə sədaqətimizin və etribarımızın göstəricisidir.
“AÇG blokunda çıxarıla bilən ehtiyatlar 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir. Ötən dövr ərzində buradan 336 milyon ton neft, 96,5 mlrd. kubmetr qaz hasil edilib. Qarşıdakı illərdə isə 44,5 milyon ton neft hasil olunacaq”, - deyə, o qeyd edib.