Xəbərlər

İlin sonuna “Bulla” yatağından ilk qaz hasil olunacaq
04 iyun, 2014 12:57

“Azərbaycanın köhnə yataqlarının da perspektivi var və bunun üzərində işləyirik”.

ERtv xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevjurnalistlərə bildirib:

“Bulla” yatağında 200 min kubmetr qaz hasil olunurdu. Biz bu yatağı bağlamaq fikrində idik. Amma 90 nömrəli kəşfiyyat quyusundan sonra alt qatlarda böyük qaz ehtiyatı aşkar oludu. Bu,  20 milyard kubmetr həcmindədir. Bu da “Bulla” yatağına yeni nəfəs Verdi”, - deyə, o qeyd edib.

Onun sözlərinə görə, “Bulla” yatağında 4 ay müddətinə 123 nömrəli yeni platforma qoyulub, yeni qazma qurğusu alınıb gətirilib.

Şirkətin prezidenti qeyd edib ki,  6500 metrdən yuxarı ilk dəfə 3 ədəd dərin quyu qazılıb:

“Hazırda 124 nömrəli quyu qazılmağa başlayıb, artıq 250 metr qazılıb. İlin axırında “Bulla” yatağından  birinci qaz əldə olunacaq. Bu da o deməkdir ki, Azərbaycanın köhnə yataqlarının potensialı var və bunun üzərində işləyirik”, - R.Abdullayev deyib.

Bununla belə, şirkətin prezidenti “Bulla” yatağında ikinci  platformanın tikilib hazırlandığını əlavə edib. Onun sözlərinə görə, ilin sonuna bu platforma qoyulacaq, 3 quyu da qazılacaq.

“Bu iki platformadan iki ildə 2 milyard kubmetr qaz çıxarılacaq. Bu da böyük  imkanlar yaradacaq”, - deyə o qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.