Bu gün Suriyada alternativ əsasda ilk dəfə prezident seçkisi keçiriləcək. Dövlət başçısı postuna üç namizəd var.
ERtv İTAR-TASS-a istinadən xəbər verir ki, bunlar hazırkı dövlət başçısı Bəşər Əsəd və iki az tanınmış siyasətçi – Hələbdən olan kommunist deputat Mahir Əbdül Hafiz Həcər və iş adamı, sabiq nazir Həsən Əbdül İllyahi ən-Nuridir.
Seçkilərin təşkilinə görə, Hişam Şaarın rəhbərlik etdiyi Seçki Komissiyası cavabdehdir. Seçkilərə nəzarət Ali Konstitusiya Məhkəməsinə həvalə edilib.
Qeydiyyata alınan seçicilərin sayı 15,8 milyon nəfərdir (ölkə əhalisi 2012-ci ilə olan məlumata görə 22,4 mln. nəfərdir). Ölkə ərazisində 9601 seçki məntəqəsi yaradılıb. Məntəqələr Bakı vaxtı ilə saat 07:00-da açılıb və 19:00-da bağlı elan ediləcək. Seçicilərin çox gələcəyi təqdirdə, sözügedən müddət daha 5 saat uzadıla bilər.