Xəbərlər

Bakıda Beynəlxalq Neft və Qaz konfransı keçirilir
04 iyun, 2014 09:25

Bu gün Bakıda ikigünlük Beynəlxalq Neft və Qaz konfransı başlayıb.

ERtv xəbər verir ki, konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edir.

Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft-qaz sənayesinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışı daxil edilib.

Konfrans çərçivəsində “Əsrin Müqaviləsi”nə həsr olunmuş xüsusi iclas da keçiriləcək və bu iclasda iştirakçılar sözügedən müqavilənin tarixi, həyata keçirilməsi və uğurları ilə tanış olacaqlar.

Konfransın müzakirə mövzuları aşağıdakılardır: “Avrasiyaya enerji təchizatının təminatında Azərbaycanın rolu”, “Əsrin Müqaviləsinin həyata keçirilməsində beynəlxalq əməkdaşlıq”, “Xəzər regionundan Neft və qaz nəqlinin diversifikasiyası”, “qazın qiyməti və uzunmüddətli müqavilələr: mühüm neft-qaz layihələrinin davamlı inkişafının təmini”, “Enerji ehtiyatları bazasının genişləndirilməsi. Alternativ enerji mənbələri”, “Qazıma və hasilat texnologiyaları”, “Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi”, “Azərbaycanda neft kimyası və neft emalının mövcud vəziyyəti və inkişaf perspektivləri”.

Konfransda ХХI əsrin layihələri - “Şahdəniz-2”, “TANAP” və “ТАР” layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq xüsusunda aktual məsələlər, habelə dəniz platformaları, qazma qurğuları və dəniz boru kəmərlərinin tikintisində innovasiyalar, eləcə də Xəzəryanı regionda həm hasilat sənayesi, həm də neft-qaz resurslarının daşınması üzrə yeni layihələr də müzakirə mövzularındandır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.