SOCAR ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
03 iyun, 2014 09:24
Bu ilin yanvar-may ayları ərzində Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 383 ton avtomobil benzini, 297 min 434 ton dizel yanacağı, 43 min 59 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 70 min 374 ton vakuum qazoylu ixrac edib.
ERtv şirkətə istinadən xəbər verir ki, may ayında isə şirkət 47 min 330 ton dizel yanacağı, 7 min 592 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 21 min 608 ton vakuum qazoylu ixrac edib.
2014-cü ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-995,24 dollar, təyyarə yanacağının-948,41 dollar, dizel yanacağının-897,29 dollar, 1% kükürdlü mazutun qiyməti 638,25 dollar təşkil edib.