Xəbərlər

“Vyetnam qadını” jurnalında Mehriban Əliyevaya həsr olunan məqalə dərc edilib
04 iyun, 2014 13:05

Vyetnamın 15 milyondan çox üzvü olan Qadınlar Birliyinin mətbu orqanı “Vyetnam qadını” jurnalının iyun buraxılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri” sərlövhəli məqalə dərc edilib.

ERtv AzərTAc-a istinadən xəbər verir ki,  məqalədə bu il mayın 18-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyevanın bu ölkəyə gəlməsi yerli kütləvi informasiya vasitələri ilə yanaşı, sadə vyetnamlıların da böyük marağına səbəb olduğu vurğulanıb.

Dünyanın 135 ölkəsinə yayılan jurnaldakı məqalədə Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolundan geniş bəhs olunub. Bildirilib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, onun təşəbbüsü ilə təsis edilmiş və bir neçə xarici dildə nəşr olunan “İrs” jurnalı Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına böyük töhfələr verir.

Azərbaycanın xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Yazıda Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirləri haqqında məlumatlar da yer alıb. Həmçinin Mehriban Əliyevanın Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətindən də bəhs olunub.

Qeyd edilib ki, Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görülüb, müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş ictimai rəy sorğularında bir neçə dəfə ilin ən nüfuzlu xanımı seçilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.